Əhdi-Ətiq
Əhdi-Cədid
Azərbaycan Müqəddəs Kitab 1878
← 64

Yeşaya 65

66 →
1

«Məni soruşmayanlara Mən zühur etdim,Məni axtarmayanlar tərəfindən tapıldım.Adımı çağırmayan millətə dedim:“Buradayam! Buradayam!”

2

Pis yolla gedən,Öz düşüncələri ilə hərəkət edənDikbaş xalqa gün boyu əllərimi uzadıb durdum.

3

O xalq ki bağlarda qurban kəsərək,Kərpiclərin üstündə buxur yandırıbGözüm önündə daima Məni təhqir edir,

4

Qəbiristanlıqda oturubGizli yerlərdə gecələyir,Donuz əti yeyir,Qablarında haram ət qaynadır.

5

Onlar bir-birinə deyir: “Uzaq dur,Mənə yaxınlaşma, çünki mən səndən müqəddəsəm”.Belələri burnuma tüstü,Bütün gün yanan alovdur.

6

Budur, qarşımda bunlar yazılıb:Mən susmayacağam,Ancaq onların əvəzini verəcəyəm,Əməllərini başlarına çevirəcəyəm.

7

Onların da, atalarının da qəbahətlərinin cəzasınıOnlara çəkdirəcəyəm».Rəbb deyir.«Dağların başında buxur yandırdıqlarına görə,Təpələrin başında Mənə küfr etdiklərinə görəMən əvvəlki əməllərini ölçüb onların əvəzini onlara çəkdirəcəyəm».

8

Rəbb deyir:«Üzüm salxımında şirə tapıldığına görə deyirlər:“Salxımı xarab etməyin, içində bərəkət var”.Mən də qullarımın xatirinə belə edərəm ki,Onların hamısı məhv olmasın.

9

Yaqubdan törəyənlərin sayını artıracağam,Yəhuda nəslindən dağlarıma varis çıxacaq,Seçilmiş xalqım oranı irs alacaq.Mənim qullarım orada məskunlaşacaq.

10

Məni axtaran xalqım üçünŞaron sürülərin otlağı,Akor vadisi mal-qaranın rahatlandığı yer olacaq.

11

Lakin sizlər – Rəbbi tərk edənlər,Müqəddəs dağımı unudanlar,Tale allahına süfrə açanlar,Qismət allahına camlarda şərab təqdim edənlər,

12

Mən də sizi qılınca qismət edəcəyəm,Hamınız qırılmaq üçün diz çökəcəksiniz.Çünki Mən çağıranda sizdən cavab almadım,Danışanda qulaq asmadınız.Gözümdə pis olanı etdiniz,Mənə məqbul olmayanı seçdiniz».

13

Buna görə də Xudavənd Rəbb belə deyir:«Qullarım yeyəcək, sizsə ac qalacaqsınız,Qullarım içəcək, sizsə susayacaqsınız,Qullarım sevinəcək, sizsə utanacaqsınız.

14

Qullarım şadlanıb mədhiyyələr söyləyəcək,Sizsə ürək ağrısından qışqıracaqsınız,Kədərli ruhla fəryad edəcəksiniz.

15

Sizin adınız seçilmiş xalqımınAğzında ancaq lənət kimi qalacaq.Xudavənd Rəbb sizi öldürəcək,Öz qullarına isə başqa ad verəcək.

16

Ölkədə kim xeyir-dua istəsə,Sadiq Allahdan diləyəcək.Ölkədə kim and içsə,Sadiq Allahın adı ilə and içəcək.Çünki keçmiş əziyyətlər unudulubGözümün önündən yox olacaq.

17

Budur, Mən yeni göylər və yeni yer yaradıram.Əvvəlki işlər bir daha xatırlanmayacaq,Heç yada düşməyəcək.

18

Yaratdığımla əbədilik sevinin, şadlanın.Çünki sevinc üçün yeni Yerusəlimi,Sakinlərini xoşbəxtlik üçün yaradacağam.

19

Mən Yerusəlim üçün sevinəcəyəm,Xalqım üçün şadlanacağam.Orada nə ağlaşma, nə fəryad səsiBir daha eşidilməyəcək.

20

Uşaqlar artıq körpə çağlarında ölməyəcək,Uzun ömür sürməyən qoca olmayacaq,Yüz yaşında ölənlər cavan sayılacaq,Yüz yaşına çatmayanlar lənətli sayılacaq.

21

Onlar evlər tikib orada məskunlaşacaq,Üzüm bağları salacaq, bəhrələrindən yeyəcək.

22

Tikdikləri evdə özgələr yaşamayacaq,Əkdikləri bağın meyvələrini başqaları yeməyəcək.Çünki xalqım ağaclar tək uzun ömür sürəcək,Seçilmişlərim əllərinin işlərindən zövq alacaq.

23

Onlar boş yerə əlləşməyəcək,Övladları bəlalarla üzləşməyəcək.Çünki özləri də, övladları da,Rəbbin xeyir-dualı nəsli olacaq.

24

Onlar Məni çağırmamışdanMən onlara cavab verəcəyəm,Onlar hələ danışarkən Mən eşidəcəyəm.

25

Qurdla quzu bir yerdə otlayacaq,Şir buğa tək saman yeyəcək,İlanın yediyi torpaq olacaq.Müqəddəs dağımın heç bir yerindəHeç kimə zərər dəyməyəcək,Heç bir kəs o birisini məhv etməyəcək».Rəbb belə deyir.

Azerbaijan Bible 1878
Public Domain: 1878