Müqəddəs Seçki
Əhdi-Ətiq
Əhdi-Cədid
Azərbaycan Müqəddəs Kitab 1878

Vaiz 9

1

Beləcə bunların hamısını ürəyimdə araşdırıb bu nəticəyə gəldim: salehlər, hikmətlilər və onların etdikləri işlər Allahın əlindədir. İstər sevgi olsun, istər nifrət, insan qabağına nə çıxacağını bilmir.

2

Hər kəsin aqibəti eyni cür olur: salehlərin və pislərin, yaxşıların və yamanların, təmizlərin və murdarların, qurban təqdim edənlərin və qurban təqdim etməyənlərin. Yaxşı adama nə olursa, günahkarlara da elə olur. And içənə nə olursa, and içməkdən qorxana da elə olur.

3

Səma altında edilən işlərin hamısının pis cəhəti bundadır ki, hər kəsin aqibəti eyni cür olur. Doğrudan da, insanların ürəyi pisliklə doludur. Nə qədər ki yaşayırlar, ürəklərində dəlilik var. Sonra isə ölüb gedirlər.

4

İnsan nə qədər ki yaşayır, onun üçün ümid var, ona görə ki diri it ölü şirdən yaxşıdır.

5

Çünki dirilər öləcəklərini bilir,Ancaq ölülər heç nə bilmir.Onlara daha heç vaxt əvəz verilməyəcək,Çünki onların xatirəsi də unudulub.

6

Ölülərin sevgisi, nifrəti,Paxıllığı artıq məhv olub.Səma altında görülən işlərdəDaha payları olmayacaq.

7

Get çörəyini şadlıqla ye,Şərabını şən ürəklə iç.Çünki artıq AllahEtdiyin işlərdən razıdır.

8

Qoy paltarın həmişə ağ olsun,Başından ətirli yağ əskik olmasın.

9

Səma altında Allahın sənə verdiyi puç ömrünün bütün günlərini – həyatının hamısını sevdiyin qadınla xoş həyat keçir. Çünki həyatından və səma altında çəkdiyin zəhmətdən sənə qalan pay budur.

10

Çalışmaq üçün nə bacarırsan, var gücünlə et. Çünki gedəcəyin ölülər diyarında nə iş, nə fikir, nə bilik, nə də hikmət var.

11

Səma altında daha bir şey də gördüm:Yarışı həmişə bərk qaçanlar udmur,Müharibədə həmişə igidlər qalib gəlmir.Çörək həmişə müdriklərə,Var-dövlət həmişə ağıllılara nəsib olmur,Hörmət alimlərə göstərilmir.Ancaq zaman və fürsətdir ki, hər kəsin qabağına çıxır.

12

Həmçinin insan öz vaxtını bilmir.Balıqlar amansız bir tora,Quşlar tələyə düşdüyü kimiİnsanlar da pis bir zəmanəyə düçar olur,Onda pis zəmanə qəfildən başlarının üstünü alır.

13

Səma altında mənə çox təsir edən bu hikməti də gördüm:

14

içində az adam yaşayan kiçik bir şəhər var idi. Güclü bir padşah oraya hücum edib onu dövrəyə aldı, ətrafında böyük mühasirə işləri gördü.

15

Orada yoxsul, ancaq hikmətli bir adam yaşayırdı. O öz hikməti ilə şəhəri xilas etdi. Lakin heç kəs bu yoxsul adamı xatırlamadı.

16

O zaman mən dedim:“Hikmət qüdrətdən yaxşıdır,Lakin yoxsul adamın hikmətinə xor baxırlar,Onun sözləri eşidilmir”.

17

Hikmətli adamın pıçıltı ilə dediyi sözlərAğılsızların içindəki başçının qışqırtısından yüksəkdir.

18

Hikmət döyüş silahından üstündür,Amma bir günahkar hər cür yaxşılığı bərbad edər.

Azerbaijan Bible 1878
Public Domain: 1878