Müqəddəs Seçki
Əhdi-Ətiq
Əhdi-Cədid
Azərbaycan Müqəddəs Kitab 1878

Vaiz 12

1

Pis günlər gəlməzdən qabaq,“Onlardan zövq almıram” deyəcəyin illərYaxınlaşmazdan əvvəl,Cavanlıq günlərindəSəni Yaradanı xatırla.

2

Günəş, işıq, ay və ulduzlar sönməzdən əvvəl,Yağışdan sonra buludlar yenə qayıtmazdan əvvəlOnu xatırla.

3

O gün gələndəEvi qoruyanlar tir-tir əsəcək,Güclülər əyiləcək,Əl dəyirmanı ilə işləyənlərAz olduqları üçünDən üyüdə bilməyəcək,Pəncərədən baxanlar qaralacaq.

4

Küçəyə açılan qapılar bağlanacaq,Dəyirmanların səsi kəsiləcək.Adamlar quş səsi ilə oyanacaq,Nəğmə oxuyan bütün qızların səsiniZəif eşidəcəklər.

5

O zaman onlar uca yerdən qorxacaq,Yolda yerimək də təhlükəli olur.Bax badam ağacı çiçək verir,Çəyirtkə özünü güclə çəkir,Həvəsi zəifləyir.Beləcə insan son mənzilə gedir,Yas tutanlar küçələrə düşür.

6

Gümüş iplər qopmamış,Qızıl kasa qırılmamış,Bulaq başında kuzə tikə-tikə olmamış,Quyu yanında çarx sınmamış,

7

Torpaq gəldiyi yerə qayıtmamış,Həyat nəfəsi isə onu verən Allaha dönməmişSəni Yaradanı xatırla».

8

Vaiz deyir:«Hər şey puçdur, tamam puçdur».

9

Vaiz hikmətli adam olmaqdan başqa, xalqa bilik də öyrədirdi. O bir çox məsəlləri araşdırıb axtardı və tərtib etdi.

10

Vaiz faydalı sözlər tapmağa çalışdı. Onun yazdıqları düzgün və doğrudur.

11

Hikmətlilərin sözləri çoban çubuğu kimi, topladıqları sözləri bərk vurulmuş mıxlar kimidir; o sözlər bir Çoban tərəfindən verilir.

12

Bunlardan başqa, oğlum, sən buna diqqət et ki,Çox kitab yazmağın axırı yoxdur,Çox oxumaq adamı yorur.

13

Hər şey aşkar oldu,Nəticə bundan ibarətdir:Allahdan qorx,Onun əmrlərini yerinə yetir.Bəli, insanın əsas vəzifəsi budur.

14

Çünki Allah hər işi, gizli olan hər şeyi –İstər yaxşı olsun, istər pis –Mühakimə edəcək.

Azerbaijan Bible 1878
Public Domain: 1878