Əhdi-Ətiq
Əhdi-Cədid
Azerbaijan Bible 1878
← 10

Vaiz 11

12 →
1

Çörəyini suların üzünə burax,Çünki uzun müddət sonra yenə onu taparsan.

2

Yeddi ya səkkiz adama pay ver,Çünki bilmirsən ki,Ölkədə necə bir pis gün olacaq.

3

Əgər buludlar su ilə dolu olsa,Yağışlarını yer üzünə səpər.Əgər bir ağac cənub ya şimalSəmtinə yıxılsa,Elə yıxıldığı yerdə də qalar.

4

Küləyə baxan toxum səpməz,Buludlara baxan əkdiyini biçməz.

5

Küləyin səmtini,Hamilə qadının qarnındaSümüklərin necə böyüdüyünü bilmədiyin kimiHər şeyi yaradanAllahın işlərindən də xəbərsizsən.

6

Toxumunu səhər vaxtı səp,Axşama qədər də əlin boş durmasın.Çünki bilmirsən ki, əvvəlki məhsuldar olacaqYoxsa sonrakıYaxud hər ikisi birlikdə.

7

Həqiqətən, işıq gözəldir,Günəşi görmək gözlərə xoşdur.

8

Əgər insan uzun ömür sürürsə,Qoy sevinclə yaşasın.Ancaq qaranlıq günlərinin də olduğunu unutmasın,Çünki onlar daha çox olacaq.Baş verəcək hər şey puçdur.

9

Ey gənc, cavanlığında sevin,Qoy ürəyin səni cavanlıq günlərində sevindirsin.Ürəyinin istədiyi ilə,Gözlərinin gördüyü ilə get.Ancaq bil ki, AllahBunların hamısına görəSəni mühakimə edəcək.

10

Buna görə də təşvişi ürəyindən qov,Əzabı bədənindən uzaqlaşdır.Çünki cavanlıq da,Cavanlıqdakı güc də puçdur.

Azerbaijan Bible 1878
Public Domain: 1878