|
|
|
|
Əhdi-Ətiq
|
|
Əhdi-Cədid
|
|
|
|
Azərbaycan Müqəddəs Kitab 1878
|
|
|
|
1 |
Ölü milçəklər ətirdüzəldənin yağınıİylədib xarab edər.Kiçik ağılsızlıq daHikmət və hörmət sahibini rüsvay edər. |
2 |
Hikmətli adamın ürəyi düzlüyə tərəf yönələr,Ağılsız adamın ürəyi əyriliyə. |
3 |
O yol gedəndə də ağlının azlığı bilinər,Ağılsız olduğunu hamıya göstərər. |
4 |
Əgər hakimin qəzəbi sənə qarşı alovlansa,Yerindən tərpənmə.Çünki sakitlikBöyük xətaların üstünü örtər. |
5 |
Səma altında bir dərd də gördüm:O da hökmdarın əlindən çıxan səhvdir. |
6 |
Ağılsızlar yüksək vəzifələrə qoyulur,Halbuki varlılar aşağıda oturur. |
7 |
Gördüm ki, qullar necə at üstündə,Ağalar isə qul kimi piyada gedir. |
8 |
Quyu qazan içinə özü düşə bilər,Divar sökəni ilan sanca bilər. |
9 |
Daş kəsəni daşlar yaralar,Odun yarana odun xətər yetirər. |
10 |
Əgər balta kütdürsə,Onun ağzı itilənməyə verilməyibsə,Daha çox güc sərf olunmalıdır.Amma hikmət insanın köməyinə çatar. |
11 |
Əgər ilan ovsun oxunmazdan qabaq sancsa,Ovsunçu çağırmağın faydası yoxdur. |
12 |
Hikmətli adamın ağzından lütfkar sözlər çıxar,Lakin ağılsız öz dili ilə həlakına yol açar. |
13 |
Onun dilindəki sözlər ağılsızlıqla başlanar,Danışığının axırı da sarsaqlıqdır. |
14 |
Ağılsız adam çox söz danışar.Heç kəs nə olacağını bilməz.Bəs kim ona özündən sonraNə olacağını deyə bilər? |
15 |
Ağılsızların çəkdikləri zəhmətÖzlərini yorar,Onlar şəhərə gedən yolu da bilmir. |
16 |
Əgər padşahın bir uşaqdırsa,Başçıların səhər tezdənZiyafətə başlayırsa,Onda vay halına, ey ölkə! |
17 |
Əgər padşahın bir əsilzadədirsə,Başçıların da vaxtındaKeflənmək üçün yox, qüvvətlənmək üçün yeyirsə,Onda xoş halına, ey ölkə! |
18 |
Tənbəllik üzündən evin damı uçar,Heç bir iş görməsən, evin tavanı damar. |
19 |
Yemək şadlıq gətirər,Şərab həyatı keflə doldurar,Pul isə hər istəyini ödəyər. |
20 |
Padşahı hətta ürəyində də söymə,Varlı adamı yataq otağında da lənətləmə.Çünki göydə uçan quşlar xəbər aparar,Qanadlı məxluqlar sənin sözünü çatdırar. |
Azerbaijan Bible 1878 |
Public Domain: 1878 |