Müqəddəs Seçki
Əhdi-Ətiq
Əhdi-Cədid
Azərbaycan Müqəddəs Kitab 1878

Süleymanın Məsəlləri 6

1

Oğlum, qonşuna zamin durub,Yadlarla əlbir olub,

2

Ağzından çıxan sözlərlə tələyə düşmüsənsə,Ağzından çıxan sözlərlə ələ keçmisənsə,

3

Demək bu qonşunun əlinə düşmüsən.Oğlum, çalış, özünü qurtar:Get onun ayağına düş, yalvar-yaxar.

4

Qoy gözünə yuxu getməsin,Kirpiklərin ağırlaşmasın.

5

Özünü ovçunun əlindən ceyran kimi,Quşbazın əlindən quş kimi qurtar.

6

Ey tənbəl, qarışqalara diqqət yetir,Onların həyatından ibrət götür.

7

Onların nə başçıları var,Nə nəzarətçiləri, nə də hökmdarları.

8

Yayda azuqələrini yığar,Biçin vaxtı özlərinə yem toplayarlar.

9

Ey tənbəl, nə qədər yatacaqsan?Nə vaxt yuxudan oyanacaqsan?

10

Bir az da uzanıb yuxuya dalsan,Əl-qolunu uzadaraq yatsan,

11

Yoxsulluq soyğunçu kimi üstünə gələr,Ehtiyac quldur kimi sənə hücum çəkər.

12

Yaramaz adam – şər insanƏyri danışaraq dolanar,

13

Göz vurar, ayaqları ilə işarə edər,Barmaqları ilə göstərər.

14

Qəlbinin məkrli niyyəti var,Həmişə şər qurar, nifaq salar.

15

Ona görə başına qəfildən bəla gələr,Birdən yıxılıb çarəsiz qalar.

16

Rəbbin zəhləsi altı şeydən gedir,Yeddi şey var, ondan ikrah edir:

17

Təkəbbürlə baxan gözlər;Yalan danışan dil;Nahaq qan tökən əllər;

18

Məqsədi şər olan ürək;Şərə çatmaq üçün qaçan ayaqlar;

19

Nəfəsini yalanla çıxaran yalançı şahid;Qardaşlar arasında nifaq salan şəxs.

20

Oğlum, atanın əmrini yerinə yetir,Ananın öyrətdiklərini atma.

21

Onları qəlbinin başına yapışdır,Həmişə onları boynuna bağla.

22

Gəzəndə onlar sənə yol göstərər,Yatanda səni hifz edər,Oyananda sənə məsləhət verər.

23

Bu əmr çıraqdır, bu təlim nurdur,Tərbiyə üçün edilən məzəmmət həyat yoludur.

24

Bunlar səni pozğun qadından,Şirindilli yad arvaddan qoruyar.

25

Onun gözəlliyinə aşiq olma,Onun kirpiklərinin əsiri olma.

26

Fahişənin üzündən insan bir tikə çörəyə möhtac qalar,Kiminsə zinakar arvadı insanın qiymətli canını ovlar.

27

Bir kişi qoynuna od alandaƏyin-başı yanmazmı?

28

Köz üzərində gəzəninAyaqları bişməzmi?

29

Qonşusunun arvadının yanına girənin də halı belədir,O qadına toxunan cəzasını çəkər.

30

Qarnını doydurmaq üçün ac oğru oğurlarsa,Kimsə onu qınamaz.

31

Amma onu tutsalar, yeddi qat ödəməlidir,Evinin var-yoxunu verməlidir.

32

Qadınla zina edən qanmazdır,Özünü məhv etmək istəyən belə edər.

33

Bu kişinin nəsibi kötək, şərəfsizlikdir,Biabırçılığı üzərindən silinməz.

34

Çünki ərini qeyrət coşdurar,Ondan amansızcasına qisas alar.

35

Heç nə ilə ərinin qarşısını almaq olmaz,Nə verilsə belə, o razılaşmaz.

Azerbaijan Bible 1878
Public Domain: 1878