Əhdi-Ətiq
Əhdi-Cədid
Azərbaycan Müqəddəs Kitab 1878
← 66

Zəbur 67

68 →
1

Lütf edib, ey Allah, bizə xeyir-dua ver,Üzün üstümüzə nur saçsın.

2

Qoy yer üzündə Sənin yolun,Bütün millətlər arasında qurtuluşun tanınsın.

3

Ey Allah, Sənə xalqlar şükür etsin,Qoy Sənə bütün xalqlar şükür etsin.

4

Qoy ümmətlər sevinclə Səni mədh etsin,Çünki xalqlara insafla hökm edirsən,Yer üzündəki ümmətlərə yol göstərirsən.

5

Ey Allah, Sənə xalqlar şükür etsin,Qoy Sənə bütün xalqlar şükür etsin.

6

Yer üzü bəhrəsini verib,Allah, bizim Allahımız bizə bərəkət verib.

7

Allah bizə xeyir-dua verib.Qoy yer üzünün qurtaracağınadək hər yerdə olanlar Ondan qorxsun!

Azerbaijan Bible 1878
Public Domain: 1878