Əhdi-Ətiq
Əhdi-Cədid
Azərbaycan Müqəddəs Kitab 1878
← 56

Zəbur 57

58 →
1

Mənə rəhm et, ey Allah, mənə rəhm et!Canımı götürüb Sənin yanına pənah gətirmişəm.Bəlalar keçib-gedənəcənQanadlarının altına sığınacağam.

2

Allah-Taalanı çağırıram,Mənim üçün hər şeyi verən Allahı çağırıram.

3

Göydən mənə qurtuluş göndərəcək,Başımı yemək istəyəni rüsvay edəcək.Allah Öz məhəbbətini və sədaqətini göndərəcək.

4

Sanki aslanların arasındayam,Yandırıb-yaxan adamların arasında yatıram.Dişləri nizədir, oxdur,Dilləri iti qılıncdır.

5

Ey Allah, göylər üzərində ucal!Ehtişamın bütün yer üzərində olsun!

6

Yolumda tələ qurub canımı üzdülər,Mənə qazdıqları quyuya özləri düşdülər.

7

Ey Allah, qəlbim Sənə möhkəm bağlanıb, möhkəm bağlanıb,Qoy ilahi oxuyum, Səni tərənnüm edim.

8

Ey mənim ruhum, oyan!Ey çəng və lira, oyan!Qoy səhəri oyadım.

9

Ey Xudavənd, xalqlar arasındaSənə şükür edəcəyəm.Ümmətlər arasındaSəni tərənnüm edəcəyəm.

10

Məhəbbətin böyükdür, göylərə çatır,Sədaqətin buludlara dəyir.

11

Ey Allah, göylər üzərində ucal!Ehtişamın bütün yer üzərində olsun!

Azerbaijan Bible 1878
Public Domain: 1878