Əhdi-Ətiq
Əhdi-Cədid
Azərbaycan Müqəddəs Kitab 1878
← 49

Zəbur 50

51 →
1

Güclü Rəbb Allah çağırır,Gündoğandan günbatanadəkBütün yer üzünü səsləyir.

2

Qüsursuz, gözəl SiondanAllah Öz nurunu saçır.

3

Allahımız gəlir, sakit dayanmaz,Önündə yandırıb-yaxan alov var,Ətrafında şiddətli tufan qopar.

4

O, xalqını mühakimə etmək üçünYuxarıdakı göyü və yeri şahid çağırır:

5

«Hüzuruma möminlərimi,Qurban verib Mənimlə əhd bağlayanları yığın!»

6

Göylər ədalətini bəyan edir,Çünki hakim Allahın Özüdür.

7

«Danışıram, dinlə Məni, ey xalqım!Ey İsrail, əleyhinə şəhadət edirəm.Allaham, sənin Allahın Mənəm.

8

Qurbanlarından ötrü səni tənbeh etmirəm,Yandırma qurbanlarını həmişə görürəm.

9

Tövləndəki buğanı, ağılındakı təkəniSəndən qəbul etmirəm.

10

Çünki Mənimdir bütün meşələrdə olan heyvanlar,Minlərlə dağda otlayan mal-qaralar.

11

Dağlardakı bütün quşları tanıyıram,Bütün çöl heyvanları əlimin altındadır.

12

Acsam, sənə demərəm,Çünki dünyaya, dünyadakı hər şeyə sahibəm!

13

Məgər Mən buğa əti yeyirəm?Məgər Mən təkə qanı içirəm?

14

Şükür qurbanını Allaha təqdim et,Haqq-Taalaya əhd etdiyin təqdimlərini ver.

15

Dar gündə Məni çağır,Mən səni xilas edəcəyəm,Sən də Məni şərəfləndirəcəksən».

16

Pislərəsə Allah deyir:«Qaydalarımı əzbər söyləməyə haqqınız varmı?Əhdimi dilə gətirməyə haqqınız varmı?

17

Mənim iradıma nifrət edirsən,Sözlərimi qulaq ardına vurursan.

18

Bir oğru görəndə ona qoşulursan,Zinakarlara yoldaş olursan.

19

Ağzını şər üçün açırsan,Dilini fırıldaq üçün işə salırsan.

20

Oturub qardaşından gileylənirsən,Ananın oğlundan qeybət edirsən.

21

Sən belə edəndə Mən dinməmişəm.Məgər Məni özün kimi sanırsan?İndi isə səni tənbeh edəcəyəm,Əməllərini gözünün önünə düzəcəyəm.

22

Ey Allahı unudanlar,Buna diqqət edin!Yoxsa sizi parça-parça edərəm,Heç birinizi xilas edən olmaz.

23

Kim ki şükür qurbanı təqdim edir,Məni şərəfləndirir.Doğru yol tutan şəxsəAllahın xilasını göstərəcəyəm».

Azerbaijan Bible 1878
Public Domain: 1878