Müqəddəs Seçki
|
|
Əhdi-Ətiq
|
|
Əhdi-Cədid
|
|
|
|
Azərbaycan Müqəddəs Kitab 1878
|
|
|
|
1 |
Siz, ey bütün xalqlar,Bunu dinləyin!Ey dünya sakinləri, |
2 |
Ey sadə insanlar, əsilzadələr,Ey zənginlər, fəqirlər,Hamınız qulaq asın! |
3 |
Dilimdən hikmətli sözlər çıxacaq,Bu müdrik fikirlər qəlbimdən gəlir. |
4 |
Bu məsəllərə qulaq asacağam,Bu müəmmamı mən lira ilə açacağam: |
5 |
Niyə yaman günlərdən,Ətrafımda məni təqib edənlərin pis niyyətindən qorxum? |
6 |
Onlar var-dövlətlərinə güvənirlər,Bol sərvətləri ilə öyünürlər. |
7 |
Amma kimsə öz ömrünü satın ala bilməz,Həyatının haqqını Allaha ödəyə bilməz. |
8 |
Çünki insanın canının haqqı çox dəyərlidir,Ən üstün qiymətlər ona kifayət etmir ki, |
9 |
İnsan əbədi ömür sürsün,Məzarı heç görməsin. |
10 |
Aydındır ki, həm hikmətlilər ölür,Həm axmaqlar, həm də səfehlər tələf olur,Hamının sərvəti başqasına nəsib olur. |
11 |
Torpaqlara sahib olsalar belə,Son mənzilləri qəbirdir,Yenə nəsillərdən-nəsillərədək yerləri məzardır. |
12 |
İnsan dəyərli olsa da, qalmır,Həlak olan heyvana oxşayır. |
13 |
Özünə güvənənlərin yolu ölümə aparır,Özündən razı lovğaların sonu belədir. |
14 |
Onlar sürü kimi ölülər diyarına aparılar,Onları ölüm otarar.Səhər açılanda əməlisalehlər onlara hakim olar.Yurd-yuvasından uzaq bir yerdə, ölülər diyarındaCəsədləri çürüyüb qalar. |
15 |
Amma Allah ölülər diyarının əlindən canımı qurtaracaq,Məni oradan alacaq. |
16 |
Qorxma bir adam varlı olanda,Evinə sərvət yığılanda. |
17 |
Çünki öləndə heç nə apara bilməz,Sərvəti ardınca getməz. |
18 |
Sağ ikən özünü xoşbəxt saysa da,Uğur qazananda təriflənsə də, |
19 |
Ata-babalarının yanına gedəcək,Sonsuzadək orada işıq görməyəcək. |
20 |
İnsan dəyərli olsa da, anlamır,Həlak olan heyvana oxşayır. |
Azerbaijan Bible 1878 |
Public Domain: 1878 |