Əhdi-Ətiq
Əhdi-Cədid
Azərbaycan Müqəddəs Kitab 1878
← 115

Zəbur 116

117 →
1

Rəbbi sevirəm,Çünki O, yalvarışımı eşidir.

2

Səsimə qulaq asdığı üçünNə qədər varam, Onu çağıracağam.

3

Ətrafıma ölüm bağları sarıldı,Ölülər diyarının sıxıntıları məni haqladı,Dərd-bəlalar məni tapdı.

4

O zaman Rəbbin adını çağırdım:«Ya Rəbb, amandır, canımı qurtar!»

5

Rəbb lütfkardır, ədalətlidir,Allahımız mərhəmətlidir.

6

Rəbb avam adamı qoruyur,O məni düşkünlüyə düçar olanda qurtardı.

7

Ey canım, rahat ol,Çünki Rəbb sənə comərdlik etdi.

8

Ya Rəbb, canımı ölümdən,Gözlərimi göz yaşından, ayağımı büdrəməkdən qurtardın.

9

İndi Rəbbin hüzurunda gəzib-dolaşıram,Dirilər arasındayam.

10

«Mən çox əzab çəkirəm» deyərkənİnamımı itirməmişdim.

11

Mən təlaşa düşüb belə demişdim:«Bütün insanlar yalançıdır».

12

Mənə etdiyi comərdliyə görəRəbbin borcunu necə qaytara bilərəm?

13

Qurtuluş piyaləsini qaldıracağam,Rəbbin ismini çağıracağam.

14

Rəbbə Onun bütün xalqı qarşısındaƏhd etdiyim təqdimləri verəcəyəm.

15

Rəbbin gözündə hər bir mömininÖlümü çox bahadır.

16

Aman, ya Rəbb, mən Sənin qulunam,Qulunam, kənizinin oğluyam,Buxovlarımı açmısan.

17

Sənə şükür qurbanları təqdim edəcəyəm,Rəbbin adını çağıracağam.

18

Rəbbə Onun bütün xalqı qarşısındaƏhd etdiyim təqdimləri verəcəyəm

19

Rəbbin evinin həyətində,Ey Yerusəlim, sənin mərkəzində.Rəbbə həmd edin!

Azerbaijan Bible 1878
Public Domain: 1878