Əhdi-Ətiq
Əhdi-Cədid
Azərbaycan Müqəddəs Kitab 1878
← 15

Yaradılış 16

17 →
1

İbramın arvadı Sarayın uşağı olmurdu. Onun Həcər adında Misirli bir qarabaşı var idi.

2

Saray İbrama dedi: «Bax Rəbb mənim bətnimi bağladı ki, uşağım olmasın. Qarabaşımla yaxınlıq et, qoy o mənim üçün uşaq doğsun». İbram Sarayın sözünə qulaq asdı.

3

İbramın arvadı Saray qarabaşı Misirli Həcəri götürüb əri İbrama arvad olmaq üçün verdi; bu əhvalat İbram Kənan torpağında on il yaşadıqdan sonra baş verdi.

4

İbram Həcərlə yaxınlıq etdi və Həcər hamilə oldu. Həcər hamilə olduğunu görəndə xanımına həqarətlə baxmağa başladı.

5

Saray İbrama dedi: «Mənim təhqir olunmağıma sən səbəb oldun. Mən qarabaşımı sənin qoynuna verdim, o da hamilə olduğunu görəndə mənə həqarətlə baxmağa başladı. Qoy səninlə mənim aramda Rəbb hökm etsin».

6

İbram Saraya dedi: «Qarabaşını sənin ixtiyarına verirəm, ona nə istəyirsən, elə». Saray qarabaşı ilə sərt rəftar etməyə başladı və qarabaşı onun yanından qaçdı.

7

Rəbbin mələyi Şur yolundakı çöldə olan bulağın yanında onu tapdı.

8

Mələk ondan soruşdu: «Ey Sarayın qarabaşı Həcər, haradan gəlib, haraya gedirsən?» Həcər dedi: «Mən xanımım Sarayın yanından qaçıram».

9

Rəbbin mələyi ona dedi: «Xanımının yanına qayıt və ona tabe ol».

10

Rəbbin mələyi sözünə davam etdi: «Sənin nəslini lap çoxaldacağam, çoxluğuna görə sayı-hesabı bilinməyəcək».

11

Sonra Rəbbin mələyi ona dedi:«Bax sən hamiləsən,Bir oğul doğacaqsan.Onun adını İsmailqoyarsan,Çünki Rəbb əziyyət içində fəryadını eşitdi.

12

O, insanlar arasındaVəhşi eşşək kimi olacaq:O hamıya,Hamı isə ona qarşı çıxacaq,Bütün qardaşları ilə yola getməyərək yaşayacaq».

13

Həcər onunla danışan Rəbbi «Sən El-Roisən»adlandırdı, çünki o söyləmişdi: «Doğrudan da, burada məni görən Allahı gördüm».

14

Buna görə də həmin bulaq Beer-Laxay-Roiadlanır. O, Qadeşlə Beredin arasında yerləşir.

15

Həcər İbrama bir oğul doğdu və İbram Həcərdən olan oğlunun adını İsmail qoydu.

16

Həcər ona İsmaili doğanda İbramın səksən altı yaşı var idi.

Azerbaijan Bible 1878
Public Domain: 1878